Hindistan paytaxtda hava çirkliliyi ilə mübarizə aparmaq üçün fişəng atılmasına qadağa qoyub
Bakı, 12 sentyabr, AZƏRTAC
Hindistanın Yeni Dehli şəhərində qışda havanın keyfiyyətinin təhlükəli səviyyəyə çatacağı proqnozu ilə əlaqədar “Diwali” festivalı ərəfəsində fişəng atılmasına qadağa qoyulub.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə paytaxtın ətraf mühit naziri bildirib.
Nazir Qopal Rai mətbuat konfransında "Dehlidə istənilən növ fişəngin istehsalı, saxlanması, satışı, onlayn çatdırılması və partladılması tamamilə qadağandır" deyib və əlavə edib ki, polisə atəşfəşanlıq üçün lisenziyaların verilməsini dayandırmaq tapşırılıb.
Qeyd edək ki, “Diwali” festivalında fişənglərdən istifadə adi haldır. Festivalın bu il noyabrın ortalarında keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]