Hindistan səfiri idman gimnastikası üzrə dünya kubokunda iştirak edən hindistanlı gimnastlarla görüşüb
Bakı, 1 aprel, AZƏRTAC
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Milli Gimnastika Arenasında davam edən kişi və qadın idman gimnastikası üzrə FIG dünya kubokunda iştirak edən hindistanlı gimnastlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, Bakıda dünya kubokunun birinci günü davam edir.
Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku keçirilir.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.
Dördgünlük yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.
2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]