HİNDİSTANIN ŞİMAL-ŞƏRQİNDƏ GÜCLÜ DAŞQIN
Qonşu Butan çayı üzərindəki bəndin uçması vəziyyəti daha da çətinləşdirmişdir. Su şose və dəmir yollarını basmış, körpüləri dağıtmışdır. Təbii fəlakətdən canlarını qurtarmağa çalışanların mindiyi qayıqlardan birinin aşması nəticəsində təxminən 40 nəfər, o cümlədən xeyli qadın və uşaq batmışdır. Təbii fəlakət rayonunda xilasetmə işləri aparılır.
Xatırladaq ki, Tokiodakı BMT Universiteti ekspertlərinin verdikləri proqnozda deyilir ki, yaxın yarım əsr ərzində güclü daşqınlar təhlükəsi altında yaşayan adamların sayı iki dəfə artaraq, 2 milyard nəfərə çatacaqdır. Məruzə müəllifləri xəbərdarlıq edirlər ki, kiçik ada dövlətləri, o cümlədən Asiyadakı sahilboyu bölgələr daşqınlara daha çox məruz qalacaqdır.
Əhalinin getdikcə artması dənizlərin səviyyəsinin qalxması və meşələrin qırılması üzündən yaranan təhlükəni daha da gücləndirir. Məruzəyə görə, hazırda dünya əhalisinin altıda bir hissəsini təşkil edən 1 milyard adam irimiqyaslı daşqınlar baş verə biləcək ərazilərdə yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2025 [13:49]
Media: NATO-da onlarla vəzifənin ixtisarı planlaşdırılır
- 19.06.2025 [13:45]
ABŞ Senatında Baydenin əqli qabiliyyətləri ilə bağlı dinləmələr başlayıb
- 19.06.2025 [11:49]
Trampın sabiq siyasi strateqi onu İrana hücumdan çəkindirməyə çalışır
- 19.06.2025 [08:23]
Qazaxıstanda dördmetrlik kimeşeklə dünya rekordu qeydə alınıb
- 19.06.2025 [07:35]