Hindistanla sərhəddə atışmalarda Pakistan ordusunun iki əsgəri həlak olub
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Hindistanla sərhəddə atışma nəticəsində Pakistan ordusunun iki əsgəri həlak olub. AZƏRTAC “Dawn” agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidməti (ISRP) yayıb.
Məlumatda qeyd olunur ki, Pakistanın Baş naziri İmran Xanın göstərişi ilə Hindistan Hərbi Hava Qüvvələrinin pilotunun azad edilməsinə baxmayaraq, iki ölkənin arasındakı sərhəddə qoşunların təmas xəttində gərginlik davam edir. Belə ki, martın 2-də gecə saatlarında intensiv atışmalar nəticəsində hər iki tərəfdən itkilər olduğu bildirilir. ISPR-in məlumatına görə, iki mülki şəxs də həlak olub, yaralanan bir neçə dinc sakin isə Kotli qəsəbəsindəki xəstəxanaya çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]