HOLLANDİYA EKSTREMİZMDƏ MÜQƏSSİR BİLİNƏN İMAMI ÖLKƏDƏN ÇIXARIR
Şəxsiyyəti müəyyənləşdirilmiş E.Berxam Sudan mənşəli bosniyalıdır. Polis bu din xadimini hansı ölkəyə göndərmək barədə hələ qəti qərara gələ bilməmişdir.
Noyabrın 30-da həbs edilmiş E.Berxam Hollandiyanın cənubundakı Eindoven şəhərindəki əl-Furqaan məscidində fəaliyyət göstərən üç imamdan biridir. Viza müddətində ilin əvvəlində imamın hərəkətlərinə göz qoyan gizli xidmət agentləri onun məsciddə terror təşkilatları ilə əlaqə saxladığını, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktından əvvəl “əl-Qaidə”nin üzvləri olmaqda şübhəli bilinən şəxslərlə görüşdüyünü, dua etmək üçün məscidə gəlmiş və 2001-ci ilin dekabrında Kəşmirdə öldürülmüş iki hollandiyalı ilə yaxından əlaqə saxladığını müəyyən etmişlər.
Məscidin digər iki imamı da bir qədər əvvəl radikal islamçılıqda təqsirkar bilinərək ölkədən çıxarılmışdır.