“Honda” Çindəki iki zavodunu bağlayır
Bakı, 25 iyul, AZƏRTAC
Yaponiyanın “Honda” korporasiyası Çin istehsalı olan elektromobillərin populyarlığı ilə bağlı gərgin rəqabət şəraitində bu ölkədəki iki zavodunda istehsalı dayandırmaq qərarına gəlib.
AZƏRTAC NHK telekompaniyasına istinadla xəbər verir ki, həmin müəssisələr daxiliyanma mühərrikli avtomobillərin istehsalı ilə məşğul olur.
Korporasiyanın hazırda Çində altı avtomobil zavodu fəaliyyət göstərir. Bağlanacaq zavodlar ildə 290 min ədəd benzinlə işləyən avtomobil istehsal edir ki, bu da “Honda”nın ÇXR-dəki istehsalının 20 faizinə bərabərdir.
Eyni zamanda, “Honda” Çində iki elektromobil zavodunu işə salmaq niyyətindədir. Beləliklə, korporasiya bu yolla son dərəcə perspektivli Çin bazarında zəifləyən mövqeyini qorumağa ümid edir.
Qeyd edək ki, Yaponiyanın Çində fəaliyyət göstərən digər avtomobil istehsalçıları da çətin vəziyyətlə üzləşib. Gərgin rəqabət səbəbindən “Mitsubishi” ötən ilin oktyabrında bu ölkədən tamamilə çıxmağa, “Nissan” kompaniyası isə Çindəki zavodlarının birini bağlamağa məcbur olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]