Hondurasda avtobus qəzası nəticəsində 12 nəfər ölüb
Bakı, 6 dekabr, AZƏRTAC
Hondurasda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb, 30-a yaxın insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, yerli “La Prensa” nəşrinin yaydığı məlumata görə, avtobus qəflətən onun yoluna çıxan yük maşını ilə toqquşaraq 10 metr hündürlükdən aşıb. On bir nəfər hadisə yerində, ağır yaralanmış bir sərnişin isə xəstəxanada ölüb. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.
“La Prensa” nəşri qeyd edir ki, 2023-cü ildə Hondurasda baş verən yol-nəqliyyat hadisələri 1,4 min nəfərin həyatına son qoyub, 3 mindən çox insan isə yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]