HONKONQDA QIZILDAN TİKİLMİŞ DÜNYANIN ƏN BAHALI MEHMANXALARINDAN BİRİ AÇILMIŞDIR
Sahəsi 650 kvadratmetr olan “saray üslublu” binada nömrənin divarları, tavanı, çilçıraqları, dolabçaları və hətta bütün xirda əşyaları zərlə bəzədilmişdir. Valehedici bəzəklərə 2 tondan artıq qiymətli metal işlədilmişdir. Bəzək işləri beş il ərzində aparılmış və 50 milyon dollara başa gəlmişdir.
Koulun yarımadasında yerləşən binalardan birinin birinci mərtəbəsini tutan belə mehmanxana nömrələrinin yaradılması fikri yerli milyonçu zərgər Lam Sayvinə məxsusdur. O etiraf etmişdir ki, Xan sülaləsindən olan Çin imperatorunun arzusundan ruhlanmışdır. İmperator bir dəfə öz sevimli arvadı üçün xalis qızıldan saray tikdirəcəyini vəd etmişdi.
“Svisshorn qold Palas” adlandırılmış heyrətamiz mehmanxananın hələlik müsafirləri tapılmasa da, o, boş qalmayacaq və populyar turizm obyektinə, habelə toy ziyafətlərinin keçiriləcəyi yerə çevriləcəkdir. Ötən istirahət günlərində “qızıl saray” qapılarını müştərilərin üzünə açmışdır. Giriş bileti 3 dollaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]