“Horizon Avropa” proqramına layihələrin hazırlanması üzrə təlimlər keçiriləcək
Bakı, 22 iyul, AZƏRTAC
Avropa Komissiyası (AK) Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığına Dəstək, Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” proqramında uğurlu iştirakının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə, AK-nın ekspertlərinin iştirakı ilə layihələrin hazırlanması üzrə növbəti təlimlərin və fərdi məsləhətlərin təşkil edilməsi nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, 2023-cü il sentyabrın 26-27-də keçiriləcək təlim Azərbaycandan olan tədqiqatçılar və innovatorlara “Horizon Avropa” proqramının yeni çağırışlarına yüksəkkeyfiyyətli və rəqabətədavamlı layihə təkliflərinin hazırlanması, onların Avropa tədqiqat və innovasiya şəbəkəsinə inteqrasiya olunması üçün kömək göstərilməsinə yönəldilib. 2023-cü il sentyabrın 28-29-da keçiriləcək ekspert məsləhətlərinin təşkilinin məqsədi isə konkret layihə təkliflərinə fərdi dəstəyin göstərilməsidir.
Təlimlərdə iştirak etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinə müraciət edilə bilər.
Əlaqə: (+994 12) 492 34 46, (+994 12) 492 54 93;
E-mail: [email protected]