HYUSTON ŞƏHƏRİNDƏ TÜRKDİLLİ XALQLARIN FESTİVALI KEÇİRİLMİŞDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 7-8-də ABŞ-ın Hyuston şəhərində türkdilli xalqların festivalı keçirilmişdir.
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova bildirmişdir ki, təşkilat üzvləri Azərbaycandan gətirilmiş və milli ənənələrə uyğun müxtəlif suvenirlər, əl işləri ilə bəzədilmiş guşə yaratmışlar.
İştirakçılara Azərbaycan haqqında sənədli film nümayiş etdirilmişdir. Valideynlərin rahatlığı üçün uşaq guşəsi də yaradılmışdır.
Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Bosniya-Herseqovinanın mədəniyyət və incəsənət nümunələri də nümayiş etdirilmişdir.
Ümumilikdə 7 mindən çox yerli əhali türk xalqlarının mədəniyyəti, qonaqpərvərliyi, mətbəxi, milli rəqsləri, musiqisi ilə tanışlıq imkanı əldə etmişdir.
Festivalın gedişində Türkiyənin “Ayna” qrupu konsert proqramı ilə çıxış etmişdir.
Festivalın ənənə halını alması və hər il keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]