I Yay Oxu Marafonu keçiriləcək – ANAİB-dən yeni layihələr
Bakı, 16 iyun, AZƏRTAC
“Azərbaycan Nəşriyyatları Assosiasiyası”nın (ANAİB) idarə heyətinin növbəti görüşü keçirilib.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, iclasda iştirak edən idarə heyətinin üzvləri yeni layihələr, kitabçılığın inkişafı üçün 3 illik strategiyanın müəyyənləşdirilməsi, elecə də ANAİB-in strukturu ilə bağlı müzakirələr aparıb və hər bir layihə ilə bağlı işçi qrupu yaradılıb.
Görüşdə məktəblilər arasında keçiriləcək “I Yay Oxu Marafonu”nun şərtləri də müəyyənləşdirilib. Oxu vərdişinin təşviqi üçün nəzərdə tutulan bu layihə ilə bağlı ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Bundan başqa yeni müsabiqə, seminar və nominasiyalarla bağlı qərarlar verilib.
Sonda qeyd olunub ki, ölkədə kitab sənayesinin inkişafına dəstək məqsədilə keçirilən layihələrin sayı artırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]