Azərbaycan Dövlət İnformasiya Agentliyi

ICAO-nun Baş katibi Azərbaycan nümayəndə heyətini qəbul edib

ICAO-nun Baş katibi Azərbaycan nümayəndə heyətini qəbul edib

Bakı, 5 sentyabr, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bern şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun Regional direktoru Nikolas Rallo ilə görüş keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Baş katib Xuan Karlos Salazar Azərbaycanın bölgədə ICAO-nun fəal üzv dövləti kimi həyata keçirdiyi işləri yüksək qiymətləndirdiyini qeyd edib. O, ölkəmizin bir sıra mühüm layihələri uğurla icra etdiyini, ICAO-nun Azərbaycanı daim dəstəklədiyini və gələcəkdə də dəstəkləyəcəyini deyib. Baş katib, həmçinin Azərbaycan mülki aviasiyasının inkişafının növbəti mərhələyə yüksəldilməsinin vacibliyini qeyd edərək bunun üçün Mülki Aviasiya Baş planının hazırlanmasının zəruriliyini diqqətə çatdırıb. O, bu cür planların artıq aviasiya sahəsində aparıcı dövlətlər tərəfindən səmərəli istifadə olunduğunu, böyümə hədəflərinin sistemli şəkildə planlaşdırılması və əlaqələndirilməsi üçün mühüm vasitə kimi çıxış etdiyini vurğulayıb.

Nazir müavini Elmin Məmmədov bu sistemli yanaşmanın Azərbaycan aviasiya sektorunun daha da inkişafı üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, hökumət, mülki aviasiya orqanı və aviasiya sənayesi ICAO-nun rəhbərliyi altında sıx koordinasiya şəraitində belə bir planı hazırlamaq və səmərəli şəkildə həyata keçirmək üçün birlikdə çalışacaq.

Bundan əlavə, Azərbaycan nümayəndə heyətinə ICAO-nun 2026-2050-ci illər üçün Strateji Planı və transformasiya hədəfləri barədə məlumat verilib. ICAO-nun artıq bu hədəfləri həyata keçirməyə başladığı, əsas inkişaf istiqamətlərini müəyyənləşdirdiyi və üzv dövlətlərin gözləntilərini qarşılamaq üçün konkret addımlar atdığı qeyd olunub. Bununla yanaşı, ICAO-nun rolunun əvvəl yalnız beynəlxalq aviasiya standartlarını müəyyən edən hökumətlərarası təşkilat olmaqla məhdudlaşdığı, hazırda isə bu əsas funksiyalarını qorumaqla yanaşı, üzv dövlətlərin ehtiyaclarının düzgün qiymətləndirilməsi və ödənilməsi üçün fəal dəstək göstərən bir təşkilata çevrildiyi vurğulanıb.

Görüşdə Azərbaycan nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəsmi dəvətini ICAO Baş katibinin nəzərinə çatdırıb. Vurğulanıb ki, belə bir səfər ICAO ilə Azərbaycan arasında yüksəksəviyyəli əməkdaşlığın davam etdirilməsinə xidmət etməklə yanaşı, Azərbaycanda həyata keçirilən aviasiya layihələrinin bu ixtisaslaşmış beynəlxalq təşkilatın diqqətinə çatdırılması üçün imkan yaradacaq.

Tərəflər, həmçinin 2026 və ya 2027-ci ildə Azərbaycanda beynəlxalq ICAO tədbirinin keçirilməsi imkanlarını müzakirə ediblər. ICAO ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Mülki Aviasiya Agentliyi arasında birgə layihələr, o cümlədən aviasiya mütəxəssislərinin hazırlanması və təlim proqramlarında əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində kadrların inkişafının, o cümlədən Azərbaycan mütəxəssislərinin ICAO-nun tələblərinə uyğunlaşdırılmasının əhəmiyyəti də vurğulanıb. Azərbaycan nümayəndə heyəti, həmçinin Ələtdə icra olunan “Ələt Yaşıl Hava Limanı” layihəsinin cari vəziyyəti barədə Baş katibə məlumat verib, layihənin dayanıqlı hava limanı inkişafı üçün innovativ yanaşmanı və beynəlxalq ekoloji standartlara uyğunluğu özündə ehtiva etdiyini bildirib. Diqqətə çatdırılıb ki, bu layihə milli və qlobal dayanıqlılıq hədəfləri baxımından ICAO ilə əməkdaşlığı nəzərdə tutur.

Görüşdə 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsində baş verən qəzanın araşdırılmasına xüsusi diqqət yönəldilib. Azərbaycan tərəfi Qazaxıstanın həyata keçirdiyi araşdırmaya ICAO-nun davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib. Azərbaycan tərəfinin xüsusilə vurğuladığı məsələlərdən biri məhkəmə ekspertizasının müvafiq sahə üzrə ixtisaslaşmış və təcrübəli ekspertiza orqanı tərəfindən aparılmasının vacibliyi olub. ICAO qeyd edib ki, ətraflı və qərəzsiz araşdırmalar Çikaqo Konvensiyasının 13 saylı əlavəsinin əsas tələblərdəndir. Təşkilat üzv dövlətlərin qlobal aviasiya təhlükəsizliyi standartlarını qorumasına dəstəyini davam etdirəcəyini bir daha təsdiqləyib. Nəticədə, tərəflər ICAO, Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycanın aviasiya sənayesi arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Azərbaycan tərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində qlobal standartların tətbiqinə dair ICAO siyasətinə dəstəyini bir daha təsdiqləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyada tayfun nəticəsində 9 nəfər ölüb

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın Qeşm adası yaxınlığında partlayış olub, ölənlər var

Cənubi Koreya Prezidenti KXDR-nin nüvə proqramının dondurulmasını təklif edib

“Bild”: Almaniyada DHL mərkəzində civə izləri olan bağlamalar aşkarlanıb

Azərbaycana payız gəldi

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO