“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində çalışan mentorlar üçün təlimlər
Bakı, 17 mart, AZƏRTAC
Təhsil İnstitutunun “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində çalışan mentorlar üçün təlimlər keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, üçgünlük təlimlər “STEAM Azerbaijan” layihəsi tərəfindən təşkil olunub.
Təlimlərin keçirilməsində əsas məqsəd “STEAM” layihəsinin məktəbəqədər təhsildə tətbiq oluna biləcək tədris komponentlərinin mentorlar vasitəsilə tərbiyəçi-müəllimlərə çatdırılmasıdır. Gündəlik 4 saata yaxın davam edən təlim proqramına “STEAM” nədir?”, “Metodologiyalar”, “Biomimikri”, “Elm”, “Aerodinamika” və “Hidravlika” və digər mövzular daxil edilib.
Qeyd edək ki, “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” və “STEAM Azerbaijan” layihələri arasında başlanan əməkdaşlığın davamlı olacağı planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]