İdarəetmə Sistemləri İnstitutunda “Sabahın alimləri” respublika müsabiqəsində iştirak edəcək şagirdlə görüş
Bakı, 15 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda “Sabahın alimləri” respublika müsabiqəsinin 2024-cü ildə keçirilməsi nəzərdə tutulan növbəti layihəsində iştirak edəcək 189-190 nömrəli tam orta məktəbin XI sinif şagirdi Sara Dadaşova və həmin məktəbin informatika müəllimi Gülnar İbadlı ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə şagirdə elmi məsləhətçilik edəcək dosent Gülçin Abdullayeva rəhbərlik etdiyi İnformasiyanın intellektual email sistemləri laboratoriyasında görülən işlər, əldə olunan elmi nailiyyətlər haqqında ətraflı məlumat verib.
Daha sonra müsabiqəyə təqdim olunacaq layihənin mövzusunun seçilməsi, layihənin yerinə yetirilməsi üçün görüləcək işlərin planının tərtib olunması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məsləhət və tövsiyələr verilib.
Sonda müəyyən olunmuş cədvəl üzrə mütəmadi görüşlərin keçirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:11]
BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib
- 07.10.2026 [14:03]
Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]