İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq seminarda çıxış ediblər
Bakı, 2 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşları AMEA-nın müxbir üzvü Qorxmaz İmanov və elmi işçi Asif Əliyev Barselona şəhərində İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının “Elmdə və iqtisadi fəaliyyətdə kibertəhlükəsizlik” mövzusunda keçirdiyi beynəlxalq seminarda çıxış ediblər.
İSİ-dən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan milli kibertəhlükəsizlik indeksinin imitasiyası qeyri-səlis modeli” adlı məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirdə İspaniya, İtaliya, Moldova, Əlcəzair, Rumıniya, Serbiya, Polşa və digər ölkələrin alimləri ilə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb.