İddiaçılar turniri: Yan Nepomnyaşi liderliyini davam etdirir
Bakı, 21 aprel, AZƏRTAC
Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları iddiaçılar turnirində 9-cu turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, növbəti mərhələdə Aniş Giri (Niderland) Van Haoya (Çin) qalib gəlib. Kiril Alekseyenko (Rusiya) Fabiano Karuana (ABŞ), Aleksandr Qrişuk Yan Nepomnyaşi (hər ikisi Rusiya), Liren Dinq (Çin) Maksim Vaşe-Laqrav (Fransa) ilə heç-heçə edib.
Turnir cədvəlində doqquz turdan sonra Yan Nepomnyaşi 5,5 xalla liderliyini davam etdirir. Maksim Vaşe-Laqrav, Fabiano Karuana, Aniş Giri 5, Kiril Alekseyenko, Van Hao, Aleksandr Qrişuk 4, Liren Dinq 3,5 xala malikdirlər.
Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]