IDEA Ətraf Mühit Kampaniyası biznes sahəsinə də “yaşıl” töhfəsini verəcəkdir
Bakı, 14 dekabr (AZƏRTAC). Ətraf mühitin mühafizəsi işini rəhbər tutaraq fəaliyyəti ilə ictimai həyatın müxtəlif sahələrini əhatə edən IDEA Kampaniyası bu dəfə də biznes sahəsinə “yaşıl” töhfəsini verməyə başlayır.
Dekabrın 13-də Amerika Azərbaycan Ticarət Palatasının (AmCham) Korporativ Sosial Məsuliyyət Komitəsi IDEA Kampaniyasının Resurs Mərkəzində növbəti toplantısını keçirmişdir.
Korporativ Sosial Məsuliyyət təşkilatın cəmiyyətə təsirinin müəyyən edilməsi və qiymətləndirilməsi prosesidir. Hazırda sosial məsuliyyətin əhəmiyyəti aparıcı biznes təşkilatları tərəfindən tanınır. Korporativ Sosial Məsuliyyət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri ətraf mühitə mənfi təsirin maksimum dərəcədə azalması, müsbət təsirin təmin edilməsidir.
AmCham-a üzv biznes təşkilatlarının nümayəndələrindən ibarət Korporativ Sosial Məsuliyyət Komitəsi hər ay bir araya gələrək ətraf mühitin qorunması, davamlı inkişaf və birgə fəaliyyət tələb edən digər məsələləri müzakirə edir.
IDEA Kampaniyası və AmCham arasında gələcək əməkdaşlığın təməli sayılan görüşdə 2013-cü il ərzində Azərbaycanın biznes aləmində ətraf mühitin qorunması istiqamətində atıla biləcək birgə addımlar müzakirə olunmuşdur. Biznes strukturlarında ekoloji mədəniyyət və bunun üçün düzgün korporativ davranışın formalaşdırılması IDEA və AmCham tərəfindən əməkdaşlığın əsas prioritet istiqaməti olaraq seçilmişdir.
IDEA Ətraf Mühit Kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]