Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdman ili: uğurlar və ümidlər

Bakı, 7 dekabr (AZƏRTAC). İdman ili sona yaxınlaşır. Bir sıra ölkələr üçün bu, iqtisadi böhranları, siyasi sarsıntıları keçmişdə qoyan təqvimin növbəti səhifəsidir. Azərbaycan üçün isə 2012-ci il ictimai-siyasi həyatın müxtəlif sahələrində uğurlarla yanaşı bir sıra dünya səviyyəli tədbirlərlə əlamətdar olmuşdur - yüksək səviyyədə təşkil edilmiş “Eurovision” mahnı müsabiqəsi, dünya çempionatları və beynəlxalq turnirlər, idman sahəsində çoxsaylı nailiyyətlər, müasir idman komplekslərinin açılış və təməlqoyma mərasimləri... Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşən Azərbaycan, əvvəlki illərdə olduğu kimi bu il də dünya ictimaiyyətinin diqqət mərkəzində olmuşdur.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2012-ci ilin ölkəmizdə İdman İli elan edilməsi Azərbaycan idmanının tarixində yeni mərhələnin başlanğıcı olmuşdur.

Azərbaycan olimpiyaçıları London Olimpiadasında rekord sayda - 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışlar. 1991-ci ildə müstəqillik əldə ediləndən bəri ölkəmizin hər dörd ildə bir dəfə keçirilən olimpiya oyunlarında uğurlarının yüksələn xətt üzrə artmasını söyləməyə əsas verir. Belə ki, Atlanta Olimpiadasında gənc Azərbaycan Respublikasının yığma komandası cəmi 1 medal, Sidney Olimpiadasında 3 medal qazandığı halda, Afina və Pekin olimpiadalarında idmançılarımızın qazandığı medalların sayı, müvafiq surətdə 5 və 7 olmuşdur. Hər növbəti olimpiadada idmançılarımızın qazandığı medalların miqdarı və Azərbaycan Olimpiya yığmasının üzvlərinin sayı ilə yanaşı, Azərbaycan idmançılarının bu oyunlarda ən güclü rəqib adına iddia etdikləri idman növlərinin sayı da artmaqdadır. 2012-ci ildə London Olimpiadasında Azərbaycan idmançıları bizim üçün ənənəvi sayılan təknövçülük yarışları ilə yanaşı ilk dəfə olaraq velosiped idmanı, avarçəkmə və idman gimnastikası yarışlarında da iştirak etmişlər. Azərbaycan bu yarışlarda qeyri-rəsmi komanda hesabında 30-cu yeri tutmuşdur. Qazanılmış medalların sayına görə biz dünyada 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında 3-cü yerdəyik.

London Olimpiadası Azərbaycanın idman həvəskarları üçün təkcə bizim idmançıların parlaq çıxışları ilə deyil, həm də bəzi hakimlərin bizim bəzi idmançılara qərəzli münasibəti ilə yadda qalmışdır. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev olimpiyaçılarla görüşdə bu cür faktlara öz münasibətini belə ifadə etmişdir: “Hamının gözü qarşısında əldə edilən qələbənin əlindən alınması da idmançılarımızı sarsıtmadı. Onların, necə deyərlər, duyğularına təsir etmədi. Onlar bu ədalətsiz qərarlara ləyaqətlə dözdülər. Əminəm ki, bütün o yarışları seyr edənlər gördülər ki, əsl qalib kimdir”.

Azərbaycan paralimpiyaçıları Londonda həqiqətən heyrətamiz nəticələr göstərdilər. Pekin paralimpiadasında nisbətən kiçik uğur - cəmi 2 qızıl medal qazanmış paralimpiyaçılarımız Britaniya paytaxtından Vətənə 12 medal ilə, o cümlədən 4 qızıl medal ilə qayıtdılar.

İdman sahəsində uğurların bu cür yüksək templə artması -təməli görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin nəticəsidir. Ümummilli lider 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələnə qədər respublikada həyatın başqa sahələrində olduğu kimi, idman sahəsində də kəskin tənəzzül hökm sürürdü. Ölkədə mövcud idman cəmiyyətləri, obrazlı şəkildə desək, can üstündə idi, idmanın müxtəlif növləri üzrə ölkə çempionatları müntəzəm keçirilmirdi, idman infrastrukturu hədsiz köhnəlmişdi, federasiyaların sayı çox cüzi idi, həmin illərdə beynəlxalq turnirlər təşkil edilməsi barədə fikirlər isə fantastika təsiri bağışlayardı.

Ümummilli lider ölkəmizdə sağlam gənc nəslin yetişməsində və uğurlarımızın təbliğində idmanın rolunu həmişə yüksək qiymətləndirirdi. Heydər Əliyev Çellencer Kubokunu qazanmış Azərbaycanın qadınlardan ibarət “Azərreyl” voleybol komandasının üzvləri ilə 2002-ci ilin mart ayında keçirilmiş görüşdə demişdir: “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur. Bunları siz idmançılar edirsiniz. Bu, bir tərəfdən sizin üzərinizə böyük məsuliyyət qoyur, digər tərəfdən sizə böyük ehtiram gətirir, çünki siz bu cür möhtəşəm işlər görürsünüz”.

Ümummilli lider ölkə rəhbərliyinə gələndən sonra onun böyük uzaqgörənliklə qəbul etdiyi qərarlar Azərbaycanda idmanın gələcək uğurlarının rəhni olmuşdur. Həmin illərdə ulu öndərin təşəbbüsü ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılmış, dövlət gənclər proqramları və idmanın inkişafı üzrə proqramlar təsdiq edilmiş, gənclik forumları keçirilməyə başlanmışdır.

1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başlaması Azərbaycan idmanının tarixində yeni səhifə açmışdır. Bakıda, daha sonra regionlarda müasir olimpiya kompleksləri ucaldılmağa, beynəlxalq turnirlər keçirilməyə başlandı. Azərbaycan dünyada yeganə ölkədir ki, orada şahmatın və futbolun inkişafına dair dövlət proqramları həyata keçirilir.

Ölkəmizdə müxtəlif səviyyəli yarışların qüsursuz təşkili beynəlxalq idman federasiyaları tərəfindən yüksək qiymətləndirilmiş, onlar dünya və Avropa çempionatlarının keçirilməsini tərəddüd etmədən Azərbaycana etibar etməyə başlamışlar. 2012-ci ilə qədər ölkəmizdə futboldan başqa bir sıra idman növləri üzrə dünya çempionatları və qitə birincilikləri keçirilmişdir. Cari il isə 17 yaşa qədər qızlar arasında Futbol üzrə Dünya Çempionatının Azərbaycanda təşkil edilməsi ilə əlamətdar olmuşdur. Qeyd etmək lazımdır ki, mundialın başlanmasına qədər qalan vaxtı göstərən rəmzi saatı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva işə salmışdır. Bu, ölkəmizdə dünyəvi dəyərlərə və gender məsələlərinə prioritet diqqətin sanballı təsdiqidir.

Dünya Çempionatı matçlarının Bakıda və Lənkəranda açılış və bağlanış mərasimlərində dünya şou-biznes ulduzları iştirak etmişlər. FİFA-nın, UEFA-nın və bir sıra ölkələrin futbol federasiyalarının rəhbərləri bu yarışların uğurlu təşkil edilməsini, iştirakçılara göstərilən qonaqpərvərliyi xüsusi vurğulamışlar. FİFA-nın prezidenti Yozef Blatter bu yaxınlarda Braziliyanın San-Paulu şəhərində keçirilmiş mətbuat konfransında demişdir: “2012-ci il qadın futbolu üçün həqiqətən çox uğurlu il olmuşdur. Biz Yaponiyada U-20 və Azərbaycanda U-17 formatlı dünya çempionatları keçirmişik. Azərbaycanda keçirilmiş mundial müsəlman ölkələri ərazisində bu səviyyəli ilk yarış olmuşdur. Bu, bütövlükdə futbolun, habelə qadın futbolunun və qadın hüquqlarının inkişafında mühüm mərhələdir”.

İdman ili bir sıra federasiyaların fəaliyyəti üçün əlavə stimul olmuşdur. Belə ki, güləş, boks, avarçəkmə, cüdo və digər ənənəvi idman növləri üzrə çoxsaylı beynəlxalq turnirlərlə yanaşı Respublika Velosiped İdmanı Federasiyası bu ilin yayında Azərbaycan idmanı tarixində ilk dəfə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq velotur keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Azərbaycanın ən gözəl guşələrində 17 ölkənin idmançılarının iştirakı ilə keçirilmiş ilk veloyürüş regionlarda sağlam həyat tərzinin, habelə ölkəmizin cəlbedici turizm imkanlarının təbliğ edilməsi üçün daha bir təsirli vasitə oldu.

Cari ildə ölkəmizin müxtəlif guşələrində sırf idman yarışlarına aid tədbirlərlə yanaşı, Bakıdakı “Ekspo” sərgi kompleksində 1-ci Azərbaycan Beynəlxalq “İdman, idman avadanlığı və geyimi” sərgisi də keçirilmişdir. Müvafiq avadanlıqların bütün spektrinin təmsil olunduğu bu sərgidə federasiyalar öz stendləri ilə çıxış edirdi. Azərbaycan Prezidenti İlham Əliyev sərgiyə baş çəkmiş, idmanın inkişafına, idman strukturlarının fəaliyyətinin gücləndirilməsinə dair bir sıra təkliflər irəli sürmüşdür.

Azərbaycan idmançıları İdman ilini yüksək əhval-ruhiyyə ilə başa vururlar. Gənclər arasında boks üzrə Yerevanda keçirilmiş dünya çempionatında Azərbaycan boksçusu Pərviz Bağırov (64 kq) bürünc medal qazanaraq bu ölkədə Azərbaycan bayrağını ucaltmışdır.

Prezident İlham Əliyev olimpiyaçılarla görüşdə söylədiyi proqram nitqində ölkəmizin idman ictimaiyyəti qarşısında duran vəzifələri də müəyyən etmişdir: “Heç bir uğur, heç bir qələbə, heç bir inkişaf bizi sakitləşdirməməlidir və sakitləşdirmir. Biz daim irəliyə, gələcəyə baxmalıyıq. Növbəti Olimpiya mərhələsində hansı işlər görülməlidir, hansı idman növlərində qüsurlar vardır, biz federasiyaları harada daha da gücləndirməliyik, hansı idman növündə islahatlara daha böyük ehtiyac vardır, harada geriləmə vardır?!”.

İdman ili sona yaxınlaşır, lakin artıq indidən məlumdur ki, yaxın illərdə ölkəmizdə qlobal yarışlar keçirilməsi nəzərdə tutulur. 2015-ci ildə Bakıda Şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə isə Şahmat Olimpiadası keçiriləcəkdir. Beynəlxalq idman strukturları bu yarışların ölkəmizdə lazımi səviyyədə və bütün standartlara uyğun keçiriləcəyinə əmindirlər. Bu əminlik bir daha təsdiqləyir ki, müstəqilliyin 20 ili ərzində Azərbaycan etibarlı tərəfdaş kimi, siyasi stabilliyin yüksək səviyyədə olduğu və çox böyük iqtisadi potensiala malik bir dövlət kimi nüfuz qazanmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO