İDXAL ƏMƏLİYYATLARININ HƏCMİ ARTMIŞDIR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin 9 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 132 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5718464,6 min ABŞ dolları olmuşdur. Həmin müddətdə 1797 adda 2499097,6 min dollarlıq mal ixrac, 5291 adda 3219367 min dollarlıq mal isə idxal edilmişdir.
İxrac əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,38 faiz, idxalın həcmi isə 27,67 faiz artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən, təbii qazın, avadanlıq və texniki qurğuların, tütün məmulatının və başqa məhsulların hesabına artmışdır.