İƏT GÖMRÜK XİDMƏTİ RƏHBƏRLƏRİ ŞURASININ NÖVBƏTİ İCLASI BAKIDA KEÇİRİLƏCƏKDİR
Azərbaycanın İslamabaddakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Pakistanın maliyyə naziri Şövkət Əziz, Gömrük Xidmətinin məsul əməkdaşı Hümayun Xan, İqtisadi Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini Orxan İşıq və başqaları çıxış etmişlər. Naqitlər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində narkotiklə və qaçaqmalçılıqla mübarizə, tranzit daşımalar, əmtəələrin istehsal mənbələrinin müəyyənləşdirilməsi, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və digər məsələlər barədə danışmışlar.
Azərbaycan nümayəndə heyəti müzakirə olunan məsələlərlə bağlı bir neçə düzəliş təklif etmiş və bu təkliflərin əksəriyyəti yekdilliklə qəbul edilmişdir.
Sonra nümayəndə heyətləri “Tranzit ticarət razılaşması” və “Əmtəənin istehsal mənbəyinin müəyyənləşdirilməsi” qaydalarını müzakirə etmişlər.
Azərbaycan nümayəndə heyətinin başçısı R.Mirzəyev İƏT Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklifini irəli sürmüş və təklif iclas iştirakçıları tərəfindən qəbul edilmişdir.
Nümayəndə heyəti İslamabadda Azərbaycan səfirliyində olmuş, əməkdaşlarla görüşmüşlər.