İğdır valisi Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafına töhfəsinə görə mükafatlandırılıb



Ankara, 15 mart, AZƏRTAC
Türkiyənin İğdır şəhərinin azərbaycanlı icmasının nümayəndələri Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin və əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə vali Ercan Turana plaket təqdim ediblər.
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADEEF) sədr müavini, İğdır Azərbaycan Evi Cəmiyyətinin rəhbəri Serdar Ünsal AZƏRTAC-a müsahibəsində bildirib ki, təyin olunduğu ilk günlərdən Azərbaycana və İğdır azərbaycanlılarına xüsusi qayğı və diqqətlə yanaşan E.Turanın fəaliyyəti yüksək qiymətə layiqdir.
Vali İğdır azərbaycanlıları ilə söhbətində əmin edib ki, Türkiyə daim Azərbaycanın yanında olub və gələcəkdə də qardaş ölkəni dəstəkləyəcək.
İğdır və Naxçıvan sakinləri arasında sıx təmasları və adət-ənənələrdə olan oxşarlıqları vurğulayan vali qeyd edib: “Bizim fəaliyyətimiz “Bir millət, iki dövlət” prinsipinə əsaslanır. Biz gələcəkdə də azərbaycanlı qardaşlarımıza kömək etməyə davam edəcəyik”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [17:10]
Sosial layihə: “Həmkardan həmkara qayğı ilə”
- 25.04.2025 [17:06]
Belarus Daxili İşlər Nazirliyin əməkdaşları ölkəmizdə səfərdə olublar
- 25.04.2025 [16:37]
AQTA-nın sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib
- 25.04.2025 [16:13]
Karbon izini ölç, təbiəti qoru: “Ecotracker” mobil tətbiqi təqdim olundu
- 25.04.2025 [16:07]