İğdırlı gənclərdən Şuşa-Xankəndi yolundakı aksiyaya dəstək
Ankara, 30 dekabr, AZƏRTAC
Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin qarşısında Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etiraz əlaməti olaraq aksiya keçirilib.
Azərbaycan Evindən AZƏRTAC-a verilən məlumata görə, gənclərin iştirakı ilə keçirilən aksiyada Azərbaycana həmrəylik şüarları səsləndirilib, Ermənistanın həyata keçirdiyi ekoloji terrorun dayandırılması tələb edilib.
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin, eləcə də İğdır-Azərbaycan Evinin sədri, tədqiqatçı-yazıçı Ziya Zakir Acar azərbaycanlı fəalların artıq 19-gündür Laçın-Xankəndi yolunda davam edən etiraz akasiyasının məqsəd və tələblərindən bəhs edib. Diqqətə çatdırılıb ki, Azərbaycan əhalisi öz ərazisindəki təbii sərvətlərin qanunsuz istismarını beynəlxalq cinayət hesab edir və bunun dərhal dayandırılmasını Rusiyanın bölgədəki sülhməramlı heyətinə rəhbərlik edən şəxslərdən tələb edir.
Türkiyəli aksiya iştirakçıları bildiriblər ki, lazım gəlsə Laçın-Xankəndi yolunda davam edən etiraz akasiyasına bütün formalarda dəstək verməyə hazırdırlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:11]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:01]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [19:59]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [18:42]