İkinci Balıqçılar Qurultayı keçiriləcək
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 24-də ölkəmizdə sayca ikinci olan Balıqçılar Qurultayı keçiriləcək. Su İdmanı Sarayında keçiriləcək tədbirin təşkilatçısı “Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyidir.
Təşkilatdan AZƏRTAC-a verilən məlumata görə, qurultayda Türkiyə və Qazaxıstan nümayəndələrinin də iştirakı gözlənilir.
Tədbirdə Qazaxıstanın “İdman Balıq ovu Federasiyası” ilə “Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyi arasında memorandum imzalanacaq.
Qurultayda “Beynəlxalq inkişaf” , “Balıqçılığın inkişafı” və “Sualtı və Qayıqla ovlanma texnikası” mövzularında müzakirələr təşkil olunacaq.
Qeyd edək ki, ictimai birlik bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Odlar Yurdu” beynəlxalq surfkastinq balıq ovu turniri və “Azərbaycan Karpfişinq Kuboku” təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:05]