İlahə Rəsulova: Bağçalarda pilot qida layihəsində bir qədər dəyişiklik edilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Bağçalarda uşaqların qidalanması ilə bağlı normalar var və bu, qanunla tənzimlənir.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova “Tərbiyəçi-müəllimə peşəkar inkişaf lazımdırmı?” mövzusunda keçirilən onlayn təhsil masasında söyləyib. Onun sözlərinə görə, ötən ildən bəri 196 bağçada qidalanma ilə bağlı pilot layihə tətbiq olunub: “Bu, vahid bir menyu şəklindədir. Bu il həmin bağçalarda valideyn, müəllimlər arasında sorğu keçirildi. Sorğular hazırda emal edilir. Nəticələrə uyğun olaraq layihənin genişləndirilib yaxud dayandırılması ilə bağlı qərar qəbul ediləcək.
Digər bağçalarda qaydalara uyğun olaraq menyular var. Amma pilot qida layihəsində bir qədər dəyişiklik edilib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]