İlahiyyat İnstitutunun magistratura təhsil səviyyəsinə qəbul olan şəxslərin qeydiyyatı başlanır
Bakı, 1 iyul, AZƏRTAC
2020/2021-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutunun magistratura təhsil səviyyəsinə qəbul olan şəxslərin qeydiyyatı başlanır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisəsinin magistratura pilləsini qazanan bakalavrlar iyulun 6-dan 15-dək sənədlərinin skan olunmuş versiyasını [email protected] elektron ünvanına göndərməlidir.
Tələb olunan sənədlər:
- Diplom və diplom əlavəsinin əsli və notariat qaydasında təsdiq olunmuş surəti;
- Cari ildə məzun olan tələbələr bitirdikləri universitetdən bu barədə arayış;
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- 3x4 sm ölçüdə 4 ədəd şəkil;
- Tərcümeyi-hal;
- Sağlamlıq haqqında tibbi arayış;
- Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;
- Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı.
Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən şəxslər institutun magistr tələbələri sırasına daxil edilməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:51]
Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub
- 07.10.2026 [15:31]
Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil
- 07.10.2026 [14:23]
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB
- 07.10.2026 [14:11]