İldırım nəticəsində Yevlaxın beş yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranıb
Yevlax, 10 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Qeyri-sabit hava şəraiti nəticəsində Yevlax rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Yevlax Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sentyabrın 10-da saat 03:55 radələrində ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun 5 yaşayış məntəqəsində (Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndləri) 2600-ə yaxın abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.
“Yevlax Elektrik Şəbəkə”nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:29]
Xaçmazda məktəblini avtomobil vurub
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [12:26]
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]
Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 30.09.2026 [09:14]