“İLİN BƏDİİ ƏSƏRİ” MÜKAFATININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Anara bu mükafat 2003-cü ildə “525-ci qəzet”də dərc olunmuş “Ağ qoç, qara qoç (utopik və antiutopik nağıllar)” əsərinə görə verilmişdir.
Qəzetin baş redaktoru Rəşad Məcid bildirmişdir ki, 2002-ci ildə “İlin bədii əsəri” mükafatı heç kimə verilməmişdi. Çünki həmin il qəzetdə dərc edilən bədii yazılar arasında bu mükafata layiq əsər yox idi. Lakin 2003-cü ildə Anarın adı çəkilən əsərini dərc etdikdən sonra redaksiyanın bütün əməkdaşları onun “İlin bədii əsəri” mükafatına layiq olduğuna yekdilliklə səs verdi.
Qəzetin redaktoru Yaşar Əliyev, tənqidçi Bəsti Əlibəyli və başqaları müəllifi təbrik edərək əsərin bədii məziyyətlərindən, onun təkcə Azərbaycan ədəbiyyatında deyil, həm də dünya ədəbiyyatında mühüm mövqe tutduğunu vurğulamışlar.
Anar mərasimin təşkilatçılarına, iştirakçılarına və “525-ci qəzet”in kollektivinə təşəkkür etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:18]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]