İlin ən yaxşı qapıçısının adı açıqlanıb
Bakı, 17 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 17-də FIFA “İlin ən yaxşıları” müsabiqəsi üzrə qaliblərin adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ilk dəfə onlayn formatda təşkil olunan tədbirdə ilin ən yaxşı qadın və kişi məşqçiləri, ən yaxşı qadın və kişi futbolçuları olmaqla, ümumilikdə on bir nominasiya üzrə mükafatlar təqdim edilib.
İlin ən yaxşı qapıçısı adına Almaniyanın "Bavariya" klubunun qolkiperi Manuel Noyer layiq görülüb. O, ötən mövsüm komandası ilə birgə UEFA Çempionlar Liqasının qalibi olub. Almaniya millisinin kapitanı həmin mövsüm qitənin ən nüfuzlu klub turnirinin ən yaxşı qapıçısı adına da layiq görülüb.
Qeyd edək ki, “The Best” mükafatı ilə bağlı səsvermə noyabrın 25-dən dekabrın 9-dək davam edib. Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları, azarkeşlər və FIFA-da qeydiyyatdan keçmiş jurnalistlər iştirak ediblər.
Xatırladaq ki, ötən il bu mükafata İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi layiq görülmüşdü. Argentinalı bu mükafatı altı dəfə qazanan ilk futbolçu kimi tarixə düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]