İlin son derbisində sevinən tərəf “Beşiktaş” olub
Bakı, 15 dekabr, AZƏRTAC
İstanbul klubları arasında keçirilən derbi qarşılaşmaları hər zaman futbol azarkeşlərinin diqqətini cəlb edib.
AZƏRTAC xəbər verir ki, ötən gün Türkiyə Super Liqasında XV tura İstanbulda keçirilən mərkəzi qarşılama ilə yekun vurulub. İlin son derbisi “Beşiktaş” və “Qalatasaray” komandaları arasında oynanılıb. “Qara qartallar” 2:1 hesabı ilə “Qalatasaray”a qalıb gələrək turnir cədvəlində yenidən liderliyə yüksəlib. Əzəli rəqibinə qarşı çempionatın son 10 matçında qalibiyyət sevinci yaşamayan “Beşiktaş” 1690 gün sonra ilk dəfə “sarı-qırmızılardan” güclü olub.
Qeyd edək ki, “Beşiktaş” çempionatın altıncı turunda digər əzəli rəqibi “Fənərbağça”nı da doğma meydanda 3:2 hesabı ilə məğlub etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]