İlk dərslər Xocalı soyqırımına həsr olunub
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan xüsusi dərslər keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin “Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissi aşılanıb.
Tədbirlər Planına uyğun olaraq, bu gün, həmçinin karantin rejiminin tələbləri nəzərə alınmaqla ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan onlayn tədbirlərin keçirilməsi, “Xocalı faciəsi” mövzusunda virtual rəsm müsabiqəsi və sərgilərin təşkili də nəzərdə tutulub.
Xatırladaq ki, ənənəvi olaraq, “Azərbaycan dili (tədris dili)”, “Azərbaycan dili (dövlət dili)”, “Ədəbiyyat”, “Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinin dərsliklərinə Xocalı faciəsi ilə bağlı mövzular daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]