İlon Mask tarixdə 500 milyard dollar sərvəti olan ilk şəxs oldu
Bakı, 2 oktyabr, AZƏRTAC
İlon Mask sərvəti 500 milyard dolları keçən ilk insan olaraq tarixə düşüb. Dekabr ayında sərvəti 400 milyard dolları aşan Mask, hazırda reytinqdə ikinci yerdə qərarlaşan Larri Ellisonu 150 milyard dollar qabaqlayır və dünyanın ilk trilyonçusu olmaq yolunda sürətlə irəliləyir.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, “Tesla”nın səhmləri təxminən 4 faiz bahalaşaraq, Maskın xalis sərvətinə təqribən 9,3 milyard dollar əlavə edib. Elektrikli avtomobil istehsalçısının səhmlərinin qiyməti, Maskın aprel ayında şirkətin maliyyə nəticələri ilə bağlı konfransda “Tesla”ya daha çox vaxt ayırmaq üçün Prezident Tramp hökumətinin Səmərəlilik Departamentinin rəhbəri vəzifəsindən getdiyini elan etməsindən sonra təxminən iki dəfə artıb.
“Tesla”nın bazar kapitallaşması dekabrda əldə edilən tarixi maksimuma yaxın səviyyəyə qayıdıb. Maskın şirkətdəki 12 faiz səhm payı hazırda 191 milyard dollar dəyərindədir. Ekspertlər hesab edir ki, əgər İlon Mask bu sürətlə irəliləsə, 2033-cü ilin mart ayına qədər dünyanın ilk trilyonçusu ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]