İMİŞLİ RAYONUNUN BƏHRƏMTƏPƏ QƏSƏBƏSİNDƏ OPERATİV QƏRARGAH YARADILMIŞDIR
İmişli, 22 may (AZƏRTAC). Mayın 21-də gecə saatlarında Sarısu gölünün İmişli rayonu ərazisindən keçən hissəsində sahil mühafizə bəndinin bir hissəsi yuyulmuşdur. Nəticədə rayonun Allahmədətli və Tilişli kəndlərindəki bəzi ərazilər su altında qalmışdır. Daşqının nəticələrini aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların texnikası və canlı qüvvəsi hadisə yerində işləyir. Dağılmış bəndlərdə ağır texnikanın köməyi ilə bərpa və bəndbərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqəsdi ilə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində də operativ qərargah yaradılmışdır.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında demişdir ki, Kürdə suyun axma sürəti saniyədə 2500 kubmetrdir. Bu çayda suyun axma sürəti heç vaxt saniyədə 1600 kubmetrdən artıq olmamışdır. Hazırda suyu ötürmək üçün tədbirlər görülür.
Ə.Əhmədzadə vurğulamışdır ki, Kürün deltasının lildən təmizlənməsi prosesi də davam etdirilir.
Daxili işlər naziri Ramil Usubov yaxın iki-üç gündə Arazın suyunun kanal vasitəsilə digər istiqamətlərə yönləndiriləcəyini bildirmişdir. Nazir demişdir ki, ərazidə texnika işləməyə başlamışdır. Beləliklə də Arazın və Kürün səviyyəsi aşağı salınacaqdır. Bu yöndə gərgin iş gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]