İMİŞLİDƏ 15 MİN HEKTAR SAHƏYƏ TAXIL ƏKİLMİŞDİR
İmişlinin torpaq mülkiyyətçiləri 15 min hektar sahəyə taxıl əkmişlər. Bu mövsümdə əsasən yüksək məhsuldar «Bərəkətli», «Nurlu», «Qılçıqsız-1» buğda növlərindən istifadə olunur və hər hektara 240-250 kiloqram toxum səpilir. Əkin aparılan sahələrin 5 min hektara qədəri suvarılmışdır.
Yerli icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun Məzrəli, Aranlı, Qaradonlu, Şahverdili, Qaralar, Məhəmmədli, Xubyarlı və Sarxanlı kəndlərinin fermerləri səpini daha tez başa çatdırmışlar. İndi hər gün sahələrə 120-dən artıq səpin və şum traktoru çıxarılır. Ümumiyyətlə, bu mövsümdə 20 min hektar sahəyə taxıl səpilməsi proqnozlaşdırılır.