İMİŞLİDƏ 15 MİN HEKTAR SAHƏYƏ TAXIL ƏKİLMİŞDİR
İmişlinin torpaq mülkiyyətçiləri 15 min hektar sahəyə taxıl əkmişlər. Bu mövsümdə əsasən yüksək məhsuldar “Bərəkətli”, “Nurlu”, “Qılçıqsız-1” buğda sortlarından istifadə olunur və hər hektara 240-250 kiloqram toxum səpilir. Əkin aparılan sahələrin 5 min hektara qədəri suvarılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, indi hər gün sahələrə 120-dən artıq səpin və şum traktoru çıxarılır. Ümumiyyətlə, bu mövsümdə 20 min hektar sahəyə taxıl səpilməsi proqnozlaşdırılır.