İmişlidə bu günədək 10854 hektardan çox sahədə yazlıq əkin aparılıb
İmişli, 6 iyun, Mahir Babayev, AZƏRTAC
İmişlidə cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilərin əkini başa çatıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 10854,5 hektar sahədə yazlıq əkin aparıblar. Əkin aparılan sahənin 1722,7 hektarını çoxillik otlar, 144,2 hektarını kartof, 164,4 hektarını tərəvəz, 315,5 hektarını bostan bitkiləri, 90 hektarını qarğıdalı, 313,2 hektarını isə şəkər çuğunduru və digər bitkilər təşkil edir.
Əkinçilər, həmçinin 7805,5 hektar sahədə çiyid səpini də aparıblar.
Qeyd edək ki, ötən il rayonda 7492,3 hektar sahədə pambıq əkilib və 19 min 715,8 ton məhsul yığılıb. Pambıq sahələrinin hər hektarının məhsuldarlığı 26,3 sentner olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]