İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb



Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [19:20]
Böyük Britaniyada yaşayan azərbaycanlı nüfuzlu cəmiyyətin üzvü olub
- 21.06.2025 [18:31]
Bakıda keçirilən yerli şirkətlərin sərgisi başa çatıb
- 21.06.2025 [18:00]
Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
- 21.06.2025 [17:32]
AQTA: Yeni qida normalarının tətbiqi sağlam inkişafa müsbət təsir göstərəcək
- 21.06.2025 [16:35]