İMİŞLİDƏ MİNƏ YAXIN HƏYƏTİ SÜXUR SULARI BASMIŞDIR
İmişli, 5 may (AZƏRTAC). Son günlər yağıntılarla əlaqədar Kür və Araz çaylarında suyun həddən çox artması İmişli rayonunda da fəsadlar yaratmışdır.
Rayon fövqəladə hallar komissiyasından bildirmişlər ki, şəhərdə, rayonun Telişli, Allahmədətli, Oruclu və Məmmədli kəndlərində 1000-ə yaxın evin həyətini süxur suları basmış, çiy kərpicdən tikilmiş 6 ev uçmuş, onlarla ev zədələnmiş, yüzlərlə meyvə ağacı məhv olmuşdur. Hadisənin qarşısını almaqdan ötrü operativ tədbirlər görülür. Sakinlər, idarə və müəssisələrin 30-a yaxın texnikası sahilbərkitmə işlərinə cəlb edilmişlər. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mobil qüvvəsi işləyir. Həyətləri basmış yeraltı sular qurumun 10-a yaxın iri su nasosu və maşınları ilə çəkilərək kənara axıdılır. “Meliorasiya və Su Təssərrüfatı “ ASC-nin yerli bölmələrinin ixtiyarındakı 8 ağır texnika bəndlərin gücləndirilməsi ilə məşğuldur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]