İMİŞLİNİN BƏHRƏMTƏPƏ QƏSƏBƏSİ İSTİQAMƏTİNDƏ ARAZ ÇAYININ QOLUNUN ÇƏKİLMƏSİ DAVAM ETDİRİLİR
İmişli, 24 may (AZƏRTAC). “Meliorasiya və Su Təsərüffatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirmişdir ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi istiqamətində Araz çayının əvvəllər mövcud olmuş qolunun bərpası istiqamətində tədbirlər davam etdirilir. Burada yeni bəndlər qurulur, çayın məcrası dərinləşdirilir. Əraziyə 100-ə yaxın texnika cəlb olunmuşdur.
Əhməd Əhmədzadənin sözlərinə görə, Araz boyu ərazilərdə köhnə qollar axtarılır. Zərurət yaranarsa, suyun həmin qollara axıdılması üçün əlavə bəndlər tikiləcəkdir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə demişdir ki, komitənin mütəxəssisləri ona nail olmaq istəyirlər ki, ərazidə topoqrafik göstəricilər əsas götürüləcəkdir. Çayın qolu o yerdən salınacaqdır ki, əhaliyə ziyan dəyməsin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]