İncəsənət Kollecinin ixtisas müsabiqəsində iştirak etmək üçün nə qədər bal tələb olunur
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) nəzdində İncəsənət Kollecinin ixtisaslarının müsabiqəsində qabiliyyət imtahanı nəticəsi 7 və daha yüksək bal olan abituriyentlər iştirak edə biləcəklər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanı 2 mərhələ üzrə keçirilir. I mərhələdə abituriyentlər ümumi qaydada qəbul (cari ilin məzunları - buraxılış) imtahanında iştirak edirlər. Bu imtahanda topladıqları ümumi balı 50 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər qeydiyyatdan keçərək II mərhələdə qabiliyyət imtahanı verməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:53]
Mərkəzi Elmi Kitabxana ilə Türkiyənin “Mirakıl” şirkəti arasında görüş
- 16.06.2026 [16:45]