İndoneziyada məişət tullantıları poliqonundakı uçqunda 5 nəfər ölüb
Pekin, 9 mart, AZƏRTAC
İndoneziyanın ən böyük məişət tullantıları poliqonu olan “Bantargebanq”da güclü yağışlardan sonra baş verən uçqun nəticəsində ən azı 5 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
AZƏRTAC İndoneziya mediasına istinadla xəbər verir ki, hadisə noyabrın 8-də axşam saatlarında paytaxt Cakartanın yaxınlığındakı Bekasi şəhərində baş verib. Axtarış işlərinə 300-dən çox xilasedici, polislər, hərbçilər, könüllülər, ağır texnika və xüsusi təlim keçmiş itlər cəlb olunub.
Cakartanın axtarış-xilasetmə ofisinin rəhbəri Desiana Kartika Bahari bildirib ki, ölənlər arasında zibildaşıyan maşın sürücüləri, yaxınlıqdakı ərzaq köşkünün satıcısı da var. Dörd nəfər fəlakətdən xilas ola bilib. Ən azı 3 nəfərin uçqun altında qaldığı güman olunur.
Havanın yağıntılı olması axtarış işlərini çətinləşdirməklə yanaşı, yeni uçqun ehtimalını da yüksəldib.
Qeyd edək ki, “Bantargebanq” 35 milyon əhalisi olan Cakarta metropolisinin əsas məişət tullantıları poliqonudur. Poliqonun həddindən artıq yüklənməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq olunub. Keçən ilin sonlarında hökumət “Bantargebanq”ın ərazisini təmizləmək üçün tullantıların enerjiyə çevrilməsi layihəsini elan edib. Layihənin icrası üçün 2 il müddət müəyyənləşdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]