İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb
Bakı, 6 dekabr, AZƏRTAC
Xilasedicilər İndoneziyada vulkan püskürməsi nəticəsində ölən daha doqquz nəfərin cəsədini aşkarlayıb və beləliklə, həlak olanların sayı 22 nəfərə çatıb.
AZƏRTAC BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, püskürmənin davam etməsi bir neçə gündür axtarış-xilasetmə əməliyyatlarına mane olur. Təbii fəlakət nəticəsində itkin düşən bir nəfər hələ də tapılmayıb.
Püskürmə zamanı həmin rayonda 75 turist olub, onların bir çoxu evakuasiya edilib. Əksəriyyəti yanıq xəsarəti alan 12 turist xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, dekabrın 3-də İndoneziyada 2891 metr hündürlükdə yerləşən Marapi vulkanı püskürməyə başlayıb. O, Sumatra adasındakı ən aktiv vulkanlardan biridir. 1979-cu ildə də həmin vulkanın püskürməsi nəticəsində 60 nəfər həlak olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]