İnfeksionist: A vitamini çatmayan şəxslərdə qızılca daha ağır keçir
Bakı, 6 dekabr, AZƏRTAC
A vitamini çatmayan şəxslərdə qızılca daha ağır keçir və xəstəlik fəsadlaşa bilər. Bu, tədqiqatlar zamanı da sübut olunub.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi instaqram səhifəsində “Qızılca” mövzusunda yayımlanan canlı yayımda deyib.
İnfeksionist bildirib ki, milli peyvənd təqvimində də A vitamininin verilməsi nəzərdə tutulub. O cümlədən qızılcaya yoluxmuş və ağır keçirən xəstələrə A vitaminin təyini məqsədəuyğun sayılır. Təbii ki, bu zaman doza yaşa görə təyin olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:31]