İNGİLİS DİLİ MÜTƏXƏSSİSLƏRİNƏ VƏ BU DİLİ ÖYRƏNƏNLƏRƏ DƏYƏRLİ TÖHFƏ
Respublikamızda ingilis dili üzrə ən yaxşı mütəxəssislərdən biri olan Abbas Abbasovun rəhbərliyi ilə bu kafedranın müəllimlərinin Azərbaycan dilində ali məktəblər üçün yazdığı “İngilis dili” dərsliyi və rus dilində 3 min söz və söz birləşməsindən ibarət “Rusca-ingiliscə idman lüğəti” kitabları da “QAPP-Poliqraf” şirkətinin mətbəəsində nəfis tərtibatla çap olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının qərarı ilə nəşr edilən bu kitablar həm də Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq edilmişdir.
Müəlliflərin uzunmüddətli elmi axtarış və əməyinin bəhrəsi olan bu kitablar qısa vaxt ərzində geniş populyarlıq qazanmış, ingilis dili mütəxəssisləri, tərcüməçilər, müvafiq peşə sahələrinin işçiləri tərəfindən dəyərli vəsaitlər kimi yüksək qiymətləndirilmişdir. Nəşrlərə respublikamızın tanınmış alimləri rəy vermiş, ön söz yazmışlar.