İngiltərə Premyer Liqası: “Liverpul” “Bormunt” klubunu məğlub edib
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu turun oyunlarına “Liverpul” - “Bormunt” qarşılaşması ilə start verilib.
AZƏRTAC xəbər verir ki, “Enfild” stadionunda baş tutan görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Oyunda hesabı qonaqlar matçın 9-cu dəqiqədə Callum Vilson sayəsində açıblar. Qoldan sonra hücumları artıran “Liverpul” qarşılaşmanın 25-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Məhəmməd Salah Sadio Manenin ötürməsini qolla tamamlayıb.
Oyunun 33-cü dəqiqəsində Sadio Mane adını tabloya yazdıraraq komandasını fasiləyə üstün aparıb.
Qarşılaşmanın ikinci hissəsində hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Beləliklə, “Liverpul” Premyer Liqada növbəti qələbəsini qazanaraq xal ehtiyatını 82-yə çatdırıb və birinci pillədəki yerini möhkəmlədib. “Bormunt” isə 27 xalla 18-ci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]