İngiltərə Premyer Liqası: “Mançester Yunayted”-“Çelsi” oyununda qalib müəyyənləşməyib
Bakı, 28 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 28-də futbol üzrə İngiltərə Premyer Liqasının 36-cı turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, “Old Trafford” stadionunda baş tutan görüşdə “Mançester Yunayted” doğma azarkeşlər önündə “Çelsi” komandasını qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Oyunda hesabı meydan sahibləri erkən qolla açıb. Matçın 11-ci dəqiqəsində Xuan Mata adını tabloya yazdırıb. Birinci hissənin başa çatmasına iki dəqiqə qalmış Markos Alonso hesabı bərabərləşdirib.
Fasilədən sonra hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Bu heç-heçədən sonra xallarının sayını 68-ə çatdıran “Çelsi” dördüncü yerdə, “Mançester Yunayted” isə 65 xalla 6-cı yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]