DÜNYA
İngiltərədə tikinti zamanı 100 min funtluq Roma xəzinəsi aşkarlanıb
London, 2 dekabr, AZƏRTAC
İngiltərənin Vusteşir (Worcestershire) bölgəsində aparılan tikinti işləri zamanı imperator Neronun hakimiyyəti dövrünə aid qızıl və gümüş Roma sikkələrindən ibarət xəzinə tapılıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu xəzinə imperator Neronun hakimiyyət dövrünə aid indiyədək tapılmış ən böyük kolleksiyadır.
Vusteşir İrs, İncəsənət və Muzeylər təşkilatının məlumatına görə, xəzinə 2023-cü ilin sonlarında Vusteşir şəhərinin qərbində yerləşən Ley və Bransford ərazilərində aşkarlanıb. Xəzinənin dəyərinin 100 min funt sterlinqdən çox olacağı gözlənilir.
Mütəxəssislər bu tapıntını son 100 ildə bölgədə edilən ən mühüm arxeoloji kəşflərdən biri kimi qiymətləndirirlər. Onların əksəriyyəti Romada zərb edilmiş və eramızdan əvvəl 157-ci ildə Roma imperiyasının dövründən eramızın 54-68-ci illəri arasında Neronun hakimiyyətinə qədər olan gümüş sikkələrdir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London