İNQUŞETİYADA 92 ADAM HƏLAK OLMUŞDUR
İnquşetiyanın hüquq mühafizə orqanlarına basqın nəticəsində bu orqanların və xüsusi xidmət idarələrinin 67 əməkdaşı və 25 dinc vətəndaş qətlə yetirilmişdir. Yaralıların 60 nəfəri hospitalda, 42-si isə respublika klinik xəstəxanasındadır. 9 nəfərin vəziyyəti çox ağırdır.
İnquşetiya Respublikası hökuməti bildirmişdir ki, yaraqlıların basqını nəticəsində təxminən 600 milyon rubl məbləğində maddi ziyan vurulmuşdur.
Respublikada quldur dəstələrini tapıb zərərsizləşdirmək üçün axtarış-əməliyyat tədbirləri həyata keçirilir.