“İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİNDƏ HÜQUQİ ASPEKTLƏR” MÖVZUSUNDA TƏLİM KURSU KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Bank Tədris Mərkəzinin həyata keçirdiyi “Kiçik və orta müəssisələr üçün biznes xidmətlərinin inkişafı” layihəsi çərçivəsində “İnsan resurslarının idarə edilməsində hüquqi aspektlər” mövzusunda ikigünlük təlim kursu başa çatmışdır. Tədbir Beynəlxalq Maliyyə Korporasiyası və bp-Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə keçirilmişdir.
Şirkətlərin insan resursları üzrə menecerləri üçün nəzərdə tutulmuş məşğələlərdə dinləyicilərə bu bölmənin fəaliyyəti və məqsədləri, müqavilələrin hazırlanması, əmək münasibətlərinin tənzimlənməsi və digər mövzularda məlumatlar çatdırılmışdır.