“İNTEQRASİYALI İNKİŞAF” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Aran” humanitar regional inkişaf təşkilatı Bərdədə “Regionların sosial-iqtisadi inkişafında bələdiyyələrin rolu” mövzusunda konfrans keçirmişdir. Ağdam, Ağcabədi, Tərtər, Bərdə rayonlarının, Yevlax və Mingəçevir şəhərlərinin 50-dən çox bələdiyyə sədrinin iştirak etdiyi konfransda “Regionların sosial-iqtisadi inkişafında bələdiyyələrin rolu”, “Bələdiyyələrdə büdcə münasibətləri”, “Bələdiyyələrin regionların sosial-iqtisadi inkişafına inteqrasiyası problemləri” mövzularında məruzələr dinlənilmişdir. Qeyd olunmuşdur ki, yoxsulluğun azaldılması yönündə həyata keçirilən layihələr çərçivəsində mərkəzi regionda sosial-iqtisadi həyatı əhatə edən tədqiqatlar aparılmışdır. Layihələrdən məqsəd mərkəzi ərazidə bələdiyyələrin müstəqil yerli özünüidarə təsisatı kimi inkişaf etdirilməsindən və onların fəaliyyətinin strateji planlaşdırılmasından ibarətdir.
Konfransda geniş fikir mübadiləsi aparılmış, çoxsaylı suallar cavablandırılmışdır.