“İNTER” LİDERLİYİNİ QORUDU
Tofiq Bəhramov adına Respublika stadionunda Bakının “İnter” komandası Ağdamın “Qarabağ” klubu ilə qarşılaşmışdır. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “İnter” 2:0 hesabı ilə qalib gəlmişdir. Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınmışdır: “Gəncə”–“Karvan” (Yevlax) 1:0, “MKT-Araz”–“Bakı” 2:1, “Göyəzən” (Qazax)–“Şahdağ” (Qusar)1:1.
Xatırladaq ki, oktyabrın 29–da keçirilən oyunlarda “Neftçi”–“Turan”ı 2:0, “Olimpik” (Bakı) isə Sumqayıtda yerli “Gənclərbirliyi” kollektivini 3:1 hesabı ilə məğlub etmişdir. MOİK-“Xəzər–Lənkəran” görüşü 0:0 hesabı ilə başa çatmışdır.
Beləliklə, 8 turdan sonra, “İnter” 20 xalla turnir cədvəlinə başçılıq edir. 17 xal toplayan “Neftçi” ikinci, 16 xala malik “Bakı” klubu isə üçüncü pillədə qərarlaşmışdır.